"Qarabağ"la "Zirə" komandaları arasında baş tutacaq Azərbaycan Kubokunun final oyunundan öncə keçiriləcək mətbuat konfransları və açıq məşqlərin vaxtı müəyyənləşib.
Nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 16:30-da başlayacaq.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə 17:30-da jurnalistlər qarşısına çıxacaq. “Qartallar”ın media üçün açıq məşqi saat 18:00-da start götürəcək.
Qeyd edək ki, oyunöncəsi mətbuat konfransları və açıq məşqlər iyunun 1-də, final matçı isə 2-də "Liv Bona Dea Arena"da keçiriləcək.