Meyxanaçı Rüfət Nasosnu və Elgiz Əkbər arasında qalmaqal yaşanıb.
Moderator.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, onlar bayağı mahnılara görə mübahisə ediblər.
Əvvəlcə aparıcı izləyicilərin Rüfət Nasosnunun mahnılarının bayağı olduğunu bildirdiklərini deyib.
Rüfət isə bunun heç nəyi dəyişmədiyini bildirib: "Mənə xoşdur. Əsas odur ki, mahnıda hiss var. Nə fərqi var ki, bu nifrətdir, yoxsa sevgi. Əsas hissin olmasıdır".
Elgizinsə Rüfətə cavabı belə olub: "Mənə izləyicilər dedilər, mən də bildirdim. İndi sənə qulaq asacağıq, əgər mahnın bayağı olsa, səni yıxıb sürüyəcəm".