RU

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil ediləcək tədbir saat 10:00-da başlayacaq.

İclasın gündəliyinə bir sıra məsələlər daxil edilib. Bunlar 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi,  AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr, aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi, 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi, “Qəbələ” klubuna müvafiq yardımın ayrılması və sigər məsələlərdir.

 

Избранный
170
40
qafqazinfo.az

10Источники