Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, İtaliya kollektivi ilə üz-üzə gələn yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün turnirdəki ilk matçında Belçikaya 3:0 hesabı ilə qalib gəlib. İtaliya isə Fransaya uduzub - 1:3. Komanda iyunun 4-də Fransa ilə qarşılaşacaq.
Bizi İnstagramda izləyin
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта