Sabirabad rayonunda bir yaşlı uşaq ehtiyatsızlıqdan ölüb.
E-saglam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2023-cü il təvəllüdlü Xanbala Əhmədov yaşadığı Qalağayın kəndində evdə beşikdə olarkən boğulub. Saat 20 radələrində körpənin yaxınları onun yatdığı yerdə boğularaq vəfat etdiyini görüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
E-saglam.az