RU

Zəlzələlər niyə baş verir?

Yer kürəsinin mövcudluğundan bəri ağır təbiət hadisəsi olan zəlzələlər baş verir, amma niyə, "çünki” deyərək izaha keçirik Zəlzələ — yeraltı zərbələr və Yer kürəsinin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunur. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər. Yəni zəlzələlər yer qabığında ani və geniş miqyasda enerji buraxılması nəticəsində baş verir. Bu enerji buraxılışları çox vaxt Yer qabığındakı süxurları qəfil hərəkətə gətirir.


  Yerin müxtəlif süxurlardan təşkil olunması, yerin daxili qatlarında olan temperatur və təzyiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Daxili proseslər Yer səthində yüksəklik və çökəklikləri yaradır. Suxurların yatım formalarını pozur, vulkan və zəlzələləri yaradır. Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır. 


  Yer qabığındakı qırılma xətləri süxurlar arasında sürüşmə nöqtələridir. Bu qırılma xətləri boyunca qəfil və böyük sürüşmə və ya sıxılma hərəkətləri yaranır ki, bu da zəlzələlərə səbəb olur. Qırılma xətlərindəki gərginliklər birdən-birə boşaldıqda enerji ayrılır və bu da Yer üzündə zəlzələ kimi hiss olunur.


  Bundan əlavə, Yer qabığındakı tektonik hərəkətlər nəticəsində və ya dağ əmələ gəlməsi zamanı torpaqda qalxma və enmələr baş verir ki, bu da zəlzələlərin səbəbləri sırasındadır.


  Vulkanik fəaliyyətlər də zəlzələlərə səbəb olur. Maqmanın yeraltı hərəkəti və ya vulkan püskürməsi nəticəsində yaranan qəfil təzyiq dəyişiklikləri Yer qabığında sarsıntılara gətirib-çıxarır.


  Su hərəkətləri də Yer üzündə zəlzələ əmələ gəlməsinə səbəb ola bilir. Xüsusilə, yeraltı suların çıxması və ya su anbarlarının dolması Yer qabığında təzyiq dəyişikliklərinə və bu da zəlzələlərə səbəb olur.


  Zəlzələlər milyonlarla ildir ki, Yerin struktur dinamikası nəticəsində planet həyatının bir hissəsidir. Ta qədim zamanlardan insanlar zəlzələlərə məruz qalıblar. Zəlzələlərlə bağlı müxtəlif mif və əfsanələr var.


  Müasir elm də zəlzələlərin geoloji və tektonik proseslərlə əlaqəli olduğunu bildirir. XVIII-XIX əsrlərdə geofizika elmlərinin inkişafı ilə zəlzələlərin qeydə alınması və elmi ekspertizası daha sistemli şəkildə başlandı və davam edir.

Избранный
57
2
kanal.az

3Источники