RU

Dahilərin qidası kinkan: faydalı və müalicəvi xüsusiyyətləri

Şərqdə kinkanın faydaları çox yüksək qiymətləndirilir. Kinkanı "dahilərin qidası" adlandırırlar ki, bu meyvə beyinin fəaliyyətinə çox müsbət təsir edir.


Şərq təbibləri əqli fəaliyyəti ilə məşğul olanlara hər gün 2-3 kinkanı yeməyi tövsiyə edirlər.

Day.Az saglamolun.az-a istinadən bildirir ki, bu meyvənin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, onu qabıqlı yemək olar. Kinkanın qabığı da çox faydalıdır.

Kinkan A, B qrupu, C, PP kimi vitaminlər, mis, kalium, sink, kalsium, dəmir, fosfor, pektinlər, efir yağları ilə zəngindir.

Kinkan immun sistemini möhkəmləndirir, orqanizmin infeksiyalara və mikroblara qarşı davamlılığını artırır, göbələk əleyhinə təsirə malikdir.

Kinkan qripp və soyuqdəymə zamanı faydalıdır.

Kinkan həzm sisteminə də müsbət təsir edir, mübadilə proseslərini normallaşdırır, mədə şirəsinin ifrazını artırır, mədə-bağırsaq sisteminə antiseptik təsir edir.

Kinkan arıqlamaq istəyənlərə yaxşı kömək edə bilər. Bu meyvə orqanizmə artıq kaloriləri "yandırmağa" kömək edir.

Kinkan sinir sistemi üçün olduqca xeyirlidir. Kinkan depressiyalar, nevrozlar, xroniki yorğunluq sindromu zamanı yaxşı təsir edir, sakitləşdirir, gərginliyi azaldır, stresdən çıxmağa kömək edir.

Kinkan ürək-damar sisteminə çox müsbət təsir edir - damarları möhkəmləndirir, qanda "pis" xolesterolun səiyyəsini aşağı salır, ürəyi möhkəmləndirir.

Sizə ürək-damar sistemini möhkəmləndirmək üçün çox faydalı resept təqdim edirik: 1 stəkan bal və 1/2 kq blenderdə əzilmiş kinkan meyvəsini qarışdırın və gündə 3 dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Bu vasitə həm də immun sistemini möhkəmləndirir.

Избранный
36
kanal.az

1Источники