Azərbaycan Mərkəzi Bankı tərəfindən həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalara aydınlıq gətirilib.
FED.az xəbər verir ki, bununla bağlı iyunun 5-də ABB-də mətbuat konfransı keçirilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Banklar Assosiasiyasının rəhbərlikləri, habelə bank və sığorta şirkətlərinin rəhbər nümayəndələri çıxış edərək həyata keçirilən yeniliyin vətəndaşyönümlü əhəmiyyətindən danışıblar. Çıxış edənlər müvafiq dəyişikliklərin növbəti dövrdə istehlak krediti götürən fiziki şəxslərin həyat risklərinə qarşı sığorta təminatının sürətlə genişlənəcəyinə əminliklərini vurğulayıblar.
Bildirilib ki, bu yenilik ilə istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının onlara daha əlverişli şərtlərlə təklif ediləcək həyat sığortasına əlçatanlığını təmin edəcək.