RU

Həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalar açıqlanıb

Azərbaycanda həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalar açıqlanıb.

"APa-Economics" xəbər verir ki, bununla bağlı Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) birgə mətbuat konfransı keçiriblər.

Konfransda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalara aydınlıq gətirilib.

Tədbirdə ABA-nın prezidenti Zakir Nuriyev və ASA-nın icraçı direktoru Elmar Mirsalayev, habelə bank və sığorta şirkətlərinin rəhbər nümayəndələri çıxışlar edərək həyata keçirilən yeniliyin vətəndaşyönümlü əhəmiyyətindən söz açıblar. Müvafiq dəyişikliklərin növbəti dövrdə istehlak krediti götürən fiziki şəxslərin həyat risklərinə qarşı sığorta təminatının sürətlə genişlənəcəyinə əminliklərini vurğulayıblar.

Çıxışçılar bildiriblər ki, bu yenilik ilə istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının onlara daha əlverişli şərtlərlə təklif ediləcək həyat sığortasına əlçatanlığını təmin edəcək.

Daha sonra jurnalistlərin suallarını cavablandıran tədbir iştirakçıları Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 16 may tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na edilmiş əlavə və düzəlişləri media mənsublarına geniş şəkildə izah ediblər.

Избранный
121
50
azpolitika.info

10Источники