Azərbaycanın minifutbol milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/4 final matçına çıxacaq.
Modern.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda Qazaxıstanla qarşılaşacaq. Matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, milli komandamız qrup mərhələsində keçirdiyi bütün oyunlarda qələbə qazanıb.
Millimiz Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.
6 iyun
19:00. Azərbaycan - Qazaxıstan