RU

109 minə yaxın uşaq məktəb və müəllimini seçib

“Birinci sinfə qəbulda 109 minə yaxın uşaq artıq məktəbini və müəllimini seçib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumatlandırıcı sessiyada deyib. 

O bildirib ki, bu göstərici ölkə üzrə məktəbyaşlı uşaqların 83 %-i deməkdir: “Gələn həftə, yəni iyunun 12-dən etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi mümkün olacaq. Burada ilk olaraq prioritet bölmələr seçim edəcək. 11 minə yaxın uşaq bu prosesdə iştirak edəcək”.

Lamiyə Məmmədova 

Избранный
50
7
qafqazinfo.az

10Источники