RU

Quterreş İsrailin bu addımını pislədi

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağındakı Nuseyrat qaçqın düşərgəsindəki məktəbə hücumunu pisləyib və dünya təşkilatının obyektlərinin toxunulmazlığına işarə edib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Baş katib İsrailin Nuseyrat qaçqın düşərgəsindəki UNRWA (BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) məktəbinə hava hücumunu pisləyir", - Quterreşin ofisinin bəyanatında deyilir.

Qeyd edək ki, İsrail qüvvələri Qəzzanın mərkəzindəki Nuseyratda BMT məktəbinə zərbələr endirməsi nəticəsində 45 nəfər həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
137
41
axar.az

10Источники