RU

Gələn həftə bürcləri nə gözləyir? - Eşq, pul, iş...



Astroloqlar qarşıdakı həftə üçün bürcləri gözləyən yenilikləri açıqlayıblar.


Publika.az Metbuat.az-a istinadən bürc proqnozlarını təqdim edir:


Oğlaq - işləri qaydasına salmağın zamanıdır, bu həftə "uğur zolağı"nın başlanğıcı ola bilər. Planlı və nizamlı hərəkət etmək lazımdır.


Dolça - maddi cəhətdən işləriniz qaydasına düşə bilər, yaxşı təkliflər ola bilər. Özünüzə güvənin və risk etməkdən çəkinməyin.


Balıqlar - şəxsi münasibətləri qaydasına salmaq lazımdır. Əks halda, problemlər dərinləşə bilər. Eqoist davranışlardan qaçın.


Qoç - ailə daxilində baş verən mübahisələri sonlandırmaq üçün əla zamandır. Anlayışlı və diqqətcil olmaq lazımdır.


Buğa - sərfəli iş təklifləri ala bilərsiniz. Qərar verərkən uzunmüddətli qərarlar vermək lazım gələcək. Bu təkliflər nəticəsində maddi durumunuz yaxşılaşa bilər.


Əkizlər - əlinizə yüksək məbləğ keçəcək. Şəxsi inkişafınıza, biznes və karyeraya yatırım etmək üçün şanslı dövrdür. Fürsəti qaçırmayın.


Xərçəng - arzuladığınız insanla qarşılaşa bilərsiniz. Eşq həyatınızda uğurlu bir dönəmə girirsiniz. Seçim edərkən diqqətli qərarlar vermək lazımdır.


Şir - iş yerindəki konfliktləri sonlandırmaq lazımdır. Əks halda, iş həyatınızda problemlər yarana bilər. Eyni zamanda, qarşıdakı həftə maddi itkiləriniz olacaq.


Qız - xoş olmayan xəbərlər ala bilərsiniz. Lakin öhdəsindən gələ biləcəyiniz bu problemlər tezliklə həll olunacaq. Yetər ki, geri addım atmayın.


Tərəzi - ailə və dostlarınızla ünsiyyətdə anlaşılmazlıqlar yarana bilər. Bunun davamlı bir problemə çevrilməməsi üçün anında doğru qərarlar vermək lazım gələcək.


Əqrəb - eqoist davranışlarınız ətrafınızdakıları bezdirə bilər. Odur ki, daha səmimi və qayğıkeş olmağınız lazım olacaq. Qarşıdakı həftə kiçik anlaşılmazlıqlar gözləyir.


Oxatan - çoxdandır gözlədiyiniz xoş xəbərləri gələn həftə eşidə biləcəksiniz. Nəticədə maddi və psixoloji olaraq uğurlu günləriniz başlayacaq.

Избранный
129
2
kanal.az

3Источники