Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, yığma üçüncü matçında Kipr seçməsi ilə üz-üzə gəlib.
Komandamız rəqibini 21:16 hesabı ilə üstələyərək B qrupunun lideri kimi pley-offa yüksəlib.
Qeyd edək ki, ilk görüşdə Ermənistan kollektivini məğlub edən (21:9) millimiz Kosovodan da güclü olub - 14:10