RU

Atatürk prospektinin bir hissəsinin təmirinə başlanılıb VİDEO

Atatürk

Bakı, 10 iyun, AZƏRTAC

Paytaxtın Atatürk prospektində də təmir işlərinə start verilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Təmir işləri prospektin Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan 1700 metrlik hissəsində aparılır. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri görülür. İşlərin aparıldığı ərazidə hərəkət tam məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektdə təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Избранный
36
24
azertag.az

10Источники