Əgər tibb və elm qohum evliliyinin insan sağlamlığına ziyan vurduğunu deyirsə, dinin bu məsələyə yanaşması insandan yanadır. Yəni, bu məsələdə heç bir problem yoxdur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirilən iclasında çıxışı zamanı deyib.
Sədr müavini hər zaman qohum evliliyinin əleyhinə olduğunu bildirib.
G.İsmayılov vurğulayıb ki, erkən nikahlarla bağlı dindən sui-istifadə edilir.
"İslamda bunun qadağan olunmadığı əsas gətirilərək erkən nikaha girirlər. Bugünkü dövr üçün 14 yaşda nikah anormal sayılır. Bu gün yas mərasimlərində olan, qəbiristanlıqlarda dua oxuyan qeyri-rəsmi din xadimlərinin sayı on minlərlədir.
Ancaq rəsmi təyinat alan din xadimlərinin sayı isə 1 000 nəfərdən çox deyil. Təsir mexanizmlərimiz həmin şəxslərin sayı civarındadır. Ona görə də maarifləndirmə işlərinin gücləndirilməsi mütləqdir", - deyə o əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun