RU

PA nümayəndəsi İctimai Şuranın üzvləri ilə görüşüb - FOTO

İyunun 14-də Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları (QHT) ilə iş sektorunun müdiri Tural Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayevin də iştirak etdikləri görüşdə QHT-lərin fəaliyyətinə dair aparılan islahatlar, qarşıda duran vəzifələr, QHT-lərin ictimai nəzarət funksiyalarının gücləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb. Görüşdə həmçinin şura üzvlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.

PA nümayəndəsi yaxın günlərdə tərkibi yenilənmiş şura üzvlərinə uğurlar arzulayıb.

Избранный
147
3
tehsil.biz

4Источники