Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşü başa çatıb.
"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən matç macarların minimalhesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 90+10-cu dəqiqədə Kevin Çobot Şotlandiya yığmasının qapısından keçirib. Bu qələbə sayəsində 3 xal qazanan Macarıstan A qrupunu üçüncü sırada başa vurub. Şotlandiya isə 1 xalla sonuncu olub.
1 | Almaniya | 3 | 2 | 1 | 0 | 8-2 | 7 |
2 | İsveçrə | 3 | 1 | 2 | 0 | 5-3 | 4 |
3 | Macarıstan | 3 | 1 | 0 | 2 | 2-5 | 3 |
4 | Şotlandiya | 3 | 0 | 1 | 2 | 2-7 | 1 |