Hurriyyet.az xəbər verir ki, bunu BMT-nin keçmiş müfəttişi, əvvəllər ABŞ Dəniz Piyadaları Korpusunda kəşfiyyat xidmətində çalışmış Skot Ritter deyib.
“Rusiyanın qələbəsi əslində NATO-nun mövcudluğunu şübhə altına alır”, - deyə o, "X" sosial şəbəkəsində "Müfəttişdən soruş" səhifəsində qeyd edib.
Ritterin fikrincə, NATO-nun dağılması Alyansın Əfqanıstan və Ukraynadakı strateji uğursuzluqlarının “kumulyativ təsirindən” gələcək.
2023-cü il dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin iclasında Rusiyanın NATO ölkələrinə gələcəkdə hücum etmək niyyətində olmadığını və planlaşdırmadığını bildirib. O qeyd edib ki, “Rusiya təhlükəsi” mövzusunu Avropa qitəsində hakim statusunu itirməkdən qorxan ABŞ irəli sürür.
Fevralın 29-da Federal Məclisdə çıxış edən Putin Rusiyanın Avropaya hücuma hazırlaşdığına dair iddiaları “cəfəngiyyat” adlandırıb.
Bizimyol.info