Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü başa çatıb.
"Report" xəbər verir ki, B qrupunun oyunu 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+8-ci dəqiqədə vurulub. Mattia Cakkani fərqlənib.
Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.
Luçano Spalettinin rəhbərlik etdiyi yığma növbəti turda A qrupunun ikincisi olan İsveçrə ilə üz-üzə gələcək. Görüş iyunun - 29-da baş tutacaq.
1
İspaniya
3
3
0
0
5-0
9
2
İtaliya
3
1
1
1
3-3
4
3
Xorvatiya
3
0
2
1
3-6
2
4
Albaniya
3
0
1
2
3-5
1
00:13
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, B qrupunun oyununda xorvatlar hesabda önə çxııb.
55-ci dəqiqədə Luka Modriç adını tabloya yazdırıb.
00:05
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, B qrupunun oyununda hesab açılmayıb.
Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.
23:45
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşündə birinci hissə başa çatıb.
"Report" xəbər verir ki, B qrupunun oyununda ilk yarıdan sonra hesab açılmayıb.
Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.
23:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya - İtaliya görüşü start götürüb.
"Report" xəbər verir ki, B qrupunun oyunu Leyptsiqdəki "Red Bull Arena"da keçirilir.
Qeyd edək ki, qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.