RU

"Sabah” klubu sabiq futbolçusunu geri qaytardı

Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, almaniyalı hücumameyilli yarımmüdafiəçi Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb.

Mikels daha öncə - 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışıb, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilib. Futbolçu Bakı təmsilçisinə azad agent kimi qoşulub.

“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Coy-Lens Mikels klubun heyətində ən çox qol vurmuş futbolçudur.

Избранный
57
15
90deqiqe.az

10Источники