Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.
Sportinfo.az xəbər verir ki, C qrupunda İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkəcək.
Qrup lideri İngiltərə 4, Sloveniya komandası isə 2 xala malikdir. Qrupun digər matçı Münhendə baş tutacaq.
İkinci pillədə qərarlşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək. Danimarka millisinin 2, Serbiyanın isə 1 xalı var.
Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
C qrupu, III tur
23:00. İngiltərə - Sloveniya
Baş hakim: Klement Turpin (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.
23:00. Danimarka - Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa).
Münhen, "Alyans Arena".
1 | İngiltərə | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
2 | Danimarka | 2 | 0 | 2 | 0 | 2-2 | 2 |
3 | Sloveniya | 2 | 0 | 2 | 0 | 2-2 | 2 |
4 | Serbiya | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |