Bu gün Avro-2024-də 1/8 final mərhələsinə start verilib.
AzxeberSport xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 görüşdən 1-i başa çatıb.
İlk matçda İsveçrə və İtaliya milliləri üz-üzə gəlib. Oyun İsveçrə millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İsveçrə 1/4 finala adlayıb.
Günün digər matçında isə Almaniya Danimarka ilə qarşılaşacaq. Bu oyunun start fiti isə saat 23:00-da veriləcək.