Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində keçirilən İspaniya-Gürcüstan oyununda hesab bərabərləşdirilib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində Rodri ispanların bərabərlik qolunun müəllifi olub.
AVRO-2024
1/8 final
30 iyun
23:00. İspaniya 1-1 Gürcüstan
Qollar: Robin Le Normand 18 (0-1), Rodri 39 (1-1)
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.
***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində İspaniya ilə qarşılaşan Gürcüstan millisi hesabı açıb.
“İki sahil” xəbər verir ki, İspaniya millisinin futbolçusu Robin Le Normand qarşılaşmanın 18-ci dəqiqəsində topu öz qapısından çekirib.
Qeyd edək ki, bu, turnir ərzində ispanların buraxdığı ilk qol olub.
AVRO-2024
1/8 final
30 iyun
23:00. İspaniya 0-1 Gürcüstan
Qol: Robin Le Normand 18 öq. (0-1)
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.
***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində İspaniya ilə Gürcüstan qarşılaşır.
“İki sahil” xəbər verir ki, Kölndəki “Reyn Enerqi” stadionunda keçirilən oyunu Fransadan olan hakimlər briqadası idarə edir.
AVRO-2024
1/8 final
30 iyun
23:00. İspaniya 0-0 Gürcüstan
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.
Məhərrəm Ağalaroğlu, “İki sahil”