Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.
Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 2:0.
Görüşdə hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen isə matçın son nəticəsini təyin edib.
1/4 finala yüksən Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.
***21:42
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.
"Narıncılar" üstünlüklərini bir qədər də möhkəmləndiriblər. - 2:0.
83-cü dəqiqədə Doniell Malen fərqlənib.
***20:19
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.
"Narıncılar" 20-ci dəqiqədə hesabda önə çıxıblar.
Qodi Qakpo dəqiq zərbə müəllifi olub.
***20:00
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başlayıb.
Qarşılaşma Münhendəki "Alyans Arena"da keçirilir.
Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.
Far.Az