RU

Azərbaycan yığması Avropa Kubokunda iştirak edəcək

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa Kubokukeçiriləcək.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasınınmətbuat xidməti açıqlayıb.

İyulun 6-7-də keçiriləcək yarışda Azərbaycan 14 cüdoçu ilətəmsil olunacaq. Millimiz turnirə gənclərdən ibarət yığmanın başməşqçisi Elxan Məmmədovun rəhbərliyi altında yollanacaq.

O, yarışda Xəyal Həsənov, Eltun İmranov, Amin İsmayılov (hamısı60 kq), Rüfət Aydınov, Mehdi Cəfərov, Eltac Yusifli (hamısı 66 kq),Elnur Qasilov (73 kq), Mamed Əzizbekov, Qadir Hüseynov (hər ikisi81 kq), Aslan Kotsoyev, Davud Namazlı, İsmayıl Zamanov (hamısı 90kq), Eldar Əliyev, İlkin Baxşaliyevə (hər ikisi +100 kq) şansverəcək.

Qeyd edək ki, turnirdə 26 ölkədən 435 idmançı iştirakedəcək.

Избранный
74
15
az.trend.az

10Источники