RU

Təmsilçimizin UEFA Çempionlar Liqasındakı rəqibləri bəlli olub

"Araz-Naxçıvan" komandasının Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqiblərinin adına aydınlıq gəlib.

Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sparta” (Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klubları ilə qarşılaşacaq.

Bu qrupun oyunları İsveçdə keçiriləcək. Matçlar avqustun 20-25-də təşkil ediləcək. Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.

Qeyd edək ki, “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə, B yolunda 5-ci qrupda yer alacaq Bu mərhələnin oyunları oktyabrın 22-27-də Fransada keçiriləcək. Elit-raunda isə turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək.

Избранный
83
cbcsport.az

1Источники