RU

Qırğızıstanda dövlət çevrilişənə cəhd edən fanatik dindarlar tutulub - Açıqlama

7 milyona yaxın əhalisi olan Mərkəzi Asiyanın ən geosiyasi əhəmiyyətli ölkələrindən biri olan Qırğızıstanda bir qrup dövlət çevrilişinə cəhd edib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, dövlət çevrilişinin qarşısı əməliyyatla alınıb və 4 nəfər qandallanıb: “Qırğızıstanın kəşfiyyat orqanları ölkədə hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısını alıb".

Məlumata görə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və konstitusiya quruluşunun əsaslarının qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zorakılıq yolu ilə hakimiyyəti ələ keçirməyi və ölkədə ictimai-siyasi sabitliyi pozmağı planlaşdıran təxribatçı qrupun qanunsuz fəaliyyəti araşdırılır: "Çevriliş cəhdinə cəhd edən qrup cinayətkar ideologiyanı dəstəkləyən və dini ideologiyanı fanatik şəkildə müdafiə edən şəxslərdən ibarətdir. Onlardan 4-ü saxlanılıb, digərləri haqda axtarış başlayıb..."

Lamiyə

MİA.AZ

Избранный
132
1
mia.az

2Источники