RU

Qazaxıstan və Pakistan sülhməramlı qüvvələrini birləşdirəcək

Qazaxıstan

Astana, 5 iyul, AZƏRTAC

Qazaxıstanın Xarici İşlər Nazirliyi Qazaxıstan və Pakistan hökumətləri arasında memorandumun imzalanması haqqında qərar layihəsi dərc edib.

AZƏRTAC xəbər verir ki, sənəd iki ölkənin sülhməramlı qüvvələrinin BMT missiyalarında birgə iştirakını nəzərdə tutur.

Qazaxıstan XİN-in məlumatına əsasən, memorandum Qazaxıstan və Pakistan silahlı qüvvələrinin BMT-nin sülhməramlı əməliyyatlarında birgə iştirakı üçün hüquqi əsas yaradacaq.

Sənəd layihəsinə görə, birləşmiş sülhməramlı bölmənin yerləşdirilmə müddəti hər bir konkret missiya üçün BMT-nin müvafiq orqanları tərəfindən müəyyən ediləcək.

Birgə bölmənin təşkilati strukturu və ştat cədvəli BMT-nin konkret missiyası üçün bağlanmış texniki sazişdə göstəriləcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
104
azertag.az

1Источники