Bakı. Trend:
“Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Trend xəbər verir ki, klubdan İdman.biz-ə verilən məlumata görə, serbiyalıhücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlanıb.
"Srvena Zvezda"nın yetirməsi olan 23 yaşlı oyunçu karyerasıərzində Almaniyanın "Ersqebirqe Aue" (2019-2020), "Ayntraxt"(Braunşveyq, 2020-2021), Slovakiyanın "Trençin" (2021-2024) və"Dubnitsa" (2021-2022) klublarında çıxış edib.
Neqoş "Sabah"da 29 nömrəli formada çıxış edəcək.