RU

İsrail ordusu İordan çayının qərb sahilinə hücum etdi, ölən və yaralananlar var

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə təşkil etdiyi basqın nəticəsində 5 fələstinli həyatını itirib.
Şahidlər İsrail ordusunun Cenin şəhərinə basqın edərək şəhərdəki Əl-Avda meydanını bombaladığını bildirib.
Şəhərin bir çox bölgəsinə basqın edən İsrail əsgərlərinin bir evi mühasirəyə alaraq bombaladığı, basqına reaksiya verən fələstinlilərlə silahlı toqquşmaların yaşandığı qeyd olunub.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada deyilir:"İsrail ordusunun Ceninə hücumu nəticəsində həyatını itirən beş fələstinlinin meyiti və ağır yaralanan bir nəfər Cenin Dövlət Xəstəxanasına aparılıb''.
2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərləri və israillilərin hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı 566-ya yüksəlib. Hücumlar zamanı daha 5 351 fələstinli yaralanıb.
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Kalkilya, Nablus, Ramallah və Beytləhm şəhərlərinə təşkil etdiyi basqında çox sayda fələstinlini saxlayıb.



Избранный
170
trt.net.tr

1Источники