Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilit”bölgəsində yeni əməliyyat keçirib.
Trend xəbər verir ki, bubarədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində PKK terror təşkilatınındoqquz üzvü öldürülüb.
"Terrorçuların ərazidəki bütün sığınacaqları dağıdılacaq,şəhidlərin qanı yerdə qalmayacaq. Mübarizəmiz əzm və qətiyyətlədavam edəcək", - nazirlikdən qeyd olunub.