Bu gün Avro-2024-də 1/4 final mərhələsinə start verilib.
525.az xəbər verir ki, ilk oyun günündə nəzərdə tutulan iki görüşdən biri başa çatıb.
İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Erkən final adlandırılan bu oyunda əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran İspaniya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Digər matçda isə Portuqaliya Fransa millisi ilə qarşılaşacaq. Oyun saat 23:00-da start götürəcək. Bu cütlüklərin qalibləri yarımfinalda bir-biriləri ilə üz-üzə gələcəklər.
Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da keçiriləcək.
.
5 iyul
Avro-2024
1/4 final
20:00. İspaniya - Almaniya - 2:1
Qol: Dani Olmo, 52 (1:0), Virtz, 89 (1:1), Merino, 119 (2:1)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".
23:00. Portuqaliya - Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, “Folksparkştadion".
6 iyul
20:00. İngiltərə - İsveçrə
Baş hakim: Daniel Orsato (İtaliya)
Düsseldorf.Merkur Spiel-Arena
23:00.Niderland - Türkiyə
Baş haim: Kleman Turpin (Fransa)
Berlin, Olimpiya stadionu.
Bizi Facebookda izləyin
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта