RU

Xalq artisti Fidan Hacıyeva Naxçıvanda solo konsert proqramı ilə çıxış edib

Bakı, 28 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Heydər Əliyev Sarayında solo konserti keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin və Əməkdar artist, tarzən Zeynalabdin Babayev müşayiət etdiyi konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri ifa edilib.

Fidan Hacıyevanın Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev və İlkin Abdullayevlə oxuduğu duetlər maraqla qarşılanıb. Həmçinin konsertdə F.Hacıyevanın oğlu Çarli Naylor pianoda Fridrix Şopenin “Noktürn” əsərini ifa edib.

 

Избранный
433
3
azertag.az

10Источники