RU

Xamenei yeni prezident Pezeşkiana ÇAĞIRŞ ETDİ

İran İslam Respublikasının ali lideri Ayətullah Xamenei yeni seçilmiş prezident Məsud Pezeşkianı təbrik edərək, onu çoxsaylı imkanlardan xalqın rahatlığı və ölkənin tərəqqisi üçün istifadə etməyə çağırıb.

News24.az İRNA-ya istinadən xəbər verir ki, Xamenei mesajında seçkilərə qatılan bütün namizədlərə və səs verən fəallara da təşəkkür edib.

O deyib ki, seçkilərin təşkilində iştirak edən məmurları öz vəzifələrini lazımi sürətlə və tam etimadla yerinə yetirdilər.

Ali liderin sözlərinə görə, İran xalqının düşmənləri xalıq ümidsizliyə və çıxılmaz vəziyyətə salmaq üçün seçkiləri boykot etmək kimi süni hay-küy yaratmaq istəsələr də, buna nail olmadılar.

“İran xalqı öz prezidentini seçdi. Xalqı və seçilmiş prezidenti və bu həssas səhnənin bütün fəallarını, xüsusən də namizədlərin seçki qərargahının ehtiraslı gənclərini təbrik edərək, ölkənin tərəqqisi və ləyaqətinin artması üçün hər kəsə əməkdaşlıq etməyi, yaxşı düşünməyi tövsiyə edirəm. Seçkilər zamanı rəqabətli davranışların dostluq normalarına çevrilməsi, hər kəsin ölkənin maddi və mənəvi rifahı üçün əlindən gələni əsirgəməməsi məqsədəuyğundur.

Mən də seçilmiş Prezident Dr. Məsud Pezeşkiana tövsiyə edirəm ki, Rəhman Allaha təvəkküllə uzun və parlaq üfüqlər izləməyi və şəhid Rəisinin yolunun davamında ölkənin çoxsaylı imkanlarından biri olan insan resurslarından, xüsusən də gənc, inqilabçı və dindar qaynaqlardan xalqın rahatlığı və ölkənin tərəqqisi üçün faydalansın”, - Xamenei vurğulayıb.


Избранный
105
13
news24.az

10Источники