Bəxtiyar Həsənalızadə karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək.
Bizim.Media xəbər verir ki, mərkəz müdafiəçisi ilə anlaşmanın müddəi 1 ildir və o, Premyer Liqanın 2024-25-ci il mövsümündə “qırmızı-ağlar”ın heyətində yer alacaq.
Tibbi müayinədən keçən 31 yaşlı futbolçu artıq komandanın məşqlərinə qoşulub.
Ötən mövsümü Türkiyənin I Liqasında mübarizə aparan “Tuzlaspor”da keçirən Həsənalızadə peşəkar futbolçu karyerasına “Sumqayıt”da başlayıb, daha sonra “Zirə” və “Sabah”ın formasını geyinib. Müdafiəçi müxtəlif illərdə Azərbaycanın U-21 və əsas millisinə dəvət alıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта