RU

Güləşçilərimiz qitə birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıblar

Azərbaycanın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında bir qızıl və gümüş medal qazanıb.

Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Vasif Bağırov (57 kq) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb.

Həlledici görüş xala-xal prinsipiylə keçib. Güləşçi uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabıyla məğlub olan Bağırov gümüş medalla kifayətlənib.

Nurudin Maqomedqadjiyev (79 kq) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabıyla məğlub olub.

Xetaq Karsanov (97 kq) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar (5:4) qələbə qazanan Karsanov Avropa çempionu olub.

Güləşçilərimiz
Güləşçilərimiz
Избранный
54
21
cbcsport.az

10Источники