RU

Ukraynalı atletdən yeni dünya rekordu

Atlet Yaroslava Maquçix hündürlüyə tullanmada yeni dünya rekorduna imza atıb.

İdman.biz xəbər verir ki, ukraynalı idmançı 2,10 metr nəticə göstərib.

22 yaşlı atlet Parisdə keçirilən Briliyant Liqasında bu uğura nail olub. O, 1987-ci ildə bolqarıstanlı Stefka Kostadinovanın nəticəsini 0,1 metr yaxşılaşdırıb.

Qeyd edək ki, Maquçixin əvvəlki ən yaxşı göstəricisi 2,05 metrə bərabər olub.

İdman.biz

Избранный
51
1
idman.biz

2Источники