RU

Sərbəst güləş millimiz Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləş üzrə millisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında 1-ci olub.

Prosport.Az xəbər verir ki, yığmamızın 6 üzvü fəxri kürsüyə qalxıb.

1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə (125) 2-ci, Gürcüstan (99) isə 3-cü yeri tutub.

Xatırladaq ki, millinin heyətində Xetaq Karsanov (97 kq ) qızıl, Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) gümüş, Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

Daha əvvəl isə yunan-Roma millimiz Avropa 3-cüsü olmuşdu.

Избранный
119
20
prosport.az

10Источники