RU

AVRO-2024: Bu gün yarımfinal görüşləri start götürür

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.



NUHÇIXAN xəbər verir ki, günün yeganə matçı Münhendəki "Alyans Arena"da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək.
Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.
Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında sabah Niderland və İngiltərə yığmaları üz-üzə gələcək.
AVRO-2024
Yarımfinal
9 iyul
23:00. İspaniya - Fransa
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen, "Alyans Arena".








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Избранный
62
24
nuhcixan.az

10Источники