RU

Çimərlikdə təhlükəsizlik üçün nələrə diqqət edilməlidir? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Çimərlik mövsümündə insanların təhlükəsiz, rahat, sağlam istirahəti üçün mütləq nəzərə alınmalı olan təhlükəsizlik qaydaları var. Bu qaydalara ciddi riayət etmək lazımdır. İlk növbədə çimərlik seçərkən diqqətli olmaq lazımdır. Çimərlik seçərkən fəaliyyətinə icazə verilən çimərliyə üz tutmaq lazımdır, qadağan olan çimərliklərə getmək olmaz”. Bu sözləri SİA-ya danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, çimərliyə gediləcək günü öncədən təyin öncədən müəyyənləşdirmək lazımdır: “Bu həmin günə təyin olunan hava şəraiti ilə əlaqədardır. Əlverişsiz hava şəraitində çimərliyə getmək olmaz. Əlverişsiz hava şəraitində, havada küləyin sürəti saniyədə 12 metrdən çox olarsa, çimərliyə getmək olmaz. Günün qaranlıq vaxtı çimərliyə getmək də tövsiyyə edilmir.

Fəaliyyətinə icazə verilən çimərliklərdə xilasedicilər fəaliyyət göstərir. Onlar hər hansı bir təhlükə anında ilkin müdaxilə edərək, təhlükə ilə qarşılaşmış şəxsi xilas etmiş olur. Dünya praktikasında sularda baş vermiş boğulma hadisələrinin statistikasına baxanda görürük ki, hər il 300 minə yaxın insan suda boğularaq həyatını itirir”.

“Boğulan şəxslərin 95 faizindən çoxu, məhz nəzarət olunmayan çimərliklərdə baş verir. Cəmi 5 faiz boğulma halı nəzarət olunan çimərliklərin payına düşür. Hər il dəniz mövsümü başlamamışdan öncə, aidiyyatı qurumlar tərəfindən nəzarət olunan çimərliklərdə yoxlamalar aparılır. Su altında müşahidə aparılır. Sualtı axınların istiqamətinə baxılır. Suyun tərkibi, suyun bakterioloji və digər çirklənmə, insan səhhətinə mənfi təsir göstərə biləcək amillərə qədər sanitar normaları müəyyənləşdirilir. Bundan sonra çimərliyin fəaliyyətinə icazə qərarı üçün müzakirə aparılır. Bu səbəbdən də, “fəaliyyətinə icazə verilməyən çimərlik” deyilən yerlərdə çimmək tövsiyə olunmur, insanların sağlamlığına təhlükə riski olduğu üçün həmin çimərliyin fəaliyyətinə icazə verilmir. İlk öncə buna diqqət etmək lazımdır”-deyə Elmar Nurəliyev vurğulayıb.

Ekspert bildirib ki, çimərlikdə spirtli içki qəbul etmək və spirtli içki qəbul etdikdən sonra suya girmək yolverilməzdir.

Избранный
205
9
sia.az

10Источники