Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər.Bizdə isə qarğıdalı az xörəkdə istifadə olunur, daha çox yayda, dəniz kənarında suda bişmişi yeyilir.Amma yenə də mövsümündə və hətta digər mövsümündə də bu faydalı dənli bitkisi orqanizmə çox faydalı olduğundan bol istifadə olunmalıdır.Medicina.az xəbər verir ki, B, E, H, A vitaminləri, dəmir, natrium, yod, maqnium, fosforla zəngin qarğıdalının insan orqanizminə çox faydalıdır. Hansı xəstəliklərdə xeyirlidir, kimlərə olar, kimlərə olmaz?1. Qaraciyəri tənzimləyir, ödü qovurÖd və qaraciyər problemi olanlar təzə qarğıdalı yesələr, yüngüllük hiss edəcəklər. Çünki ödü qovur. Bişmiş qarğıdalı və saçaqları hepatit, öd kisəsi və öd axarları iltihabı zamanı effektivdir. Lakin öd daşı xəstəliyi zamanı çoxlu qarğıdalı yemək olmaz ki, bu xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.Qaraciyər xəstəlikləri olanlar bişmiş qarğıdalının üzərinə bir qədər kərə yağı çəkib yesinlər.2. Bağırsaqların hərəkətliliyini artırırQəbizlik tənbəl bağırsaq sindoromundan da qaynaqlanır. Qarğıdalı dənli olduğu üçün kobud qidadır və bağırsaqların divarına təzyiq edərək, peristaltikanı aktivləşdirir. Ona görə qəbizlikdən əziyyət çəkən insanlara da lazımdır.3. Mədəaltı vəzini dirçəldirÇox az adam və həkim bilir ki, təzə, sütül qarğıdalı dəmləməsi mədəaltı vəziyə yüngül tənzimləyici təsir edir. Bunun üçün 7 gün ərzində gündə 1 stəkan qarğıdalı dənlərinin dəmləməsini içmək lazımdır. Bu, maddələr mübadiləsini tənzimləyəcək. Penkreatit və diabetli xəstələrə çox faydalıdır.4. Ürək-damar sistemini möhkəmləndirirTərkibində olan bir çox maddələr damarları möhkəmləndirir, eləcə də podaqra, nefrit zamanı ağrı tutmalarını azaldır.5. Uşaqların boyunu, sümüklərini uzadırQarğıdalı uşaqlara əks göstəriş deyil. 3 yaşından vermək olar. Körpənin aktivliyini artırır, böyüməsinə zəmin yaradır.6. Cinsi hormonları artırırHəm qadın, həm kişilərdə hormonal problemlərdə faydalıdır. Sonsuzluqdan və impotensiyadan müalicədə bol yeyilə bilər.7. Depressiya və nevrozla mübarizə aparırTərkibində olan mikroelementlər antidepressant və sakitləşdirici təsir edib, sinir sistemini tənzimləyir. Əsəbi insanlara faydalıdır.8. Hamiləlik və südverən analar üçün vacibdirQarğıdalı hamiləlikdə toksikozla mübarizə aparır, südverənlərdə isə laktasiyanı artırır.9. Yoğun bağırsaq şişlərinə qarşıdırFermentativ tərkibi bağırsaqlarda bədxassəli şişlərin yaranması və böyüməsinn qarşısını alır10. İnfakrt, insultdan qoruyurDənələrində olan bol kalium ürək-damar sisteminə müsbət təsir edir, infarkt, insult və kardioloji problemlərdən qoruyur11. İmmuniteti möhkəmləndirirMüntəzəm qarğıdalı qəbul edənlərdə immunitet aktivləşir, bununla da infeksion xəstəliklər və viruslara qarşı dözümlülük yaranır.12. Gözləri qoruyur, görməni itiləşdirirQarğıdalının tərkibində olan keratinoidlər görmənin itiliyi üçün vacibdir. Ona görə görməsi zəifləyənlər və yaşlı insanlar qarğıdalını bir qədər bol yesin.Kimlərə qadağandır?Qanın laxtalanmasında problemi olanlara, trombozu olanlara olmaz.Eləcə də çəkisi müxtəlif səbəblərdən azalanlar yeməsin.Kəskin mədə-bağırsaq xoralarında və köpü olanlara da məsləhət deyil.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта