RU

ABŞ-də üçtərəfli görüş: “Ermənistan sülhdə maraqlı deyil”

ABŞ dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller məsələ ilə bağlı məlumat yayıb.

Bildirilir ki, Blinken davamlı və ləyaqətli sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə edib və sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki tərəfi gələcək addımlara təşviq edib.

Blinken həmçinin regional əlaqələrin təşviqində sülhün vacibliyini vurğuyıb ki, bu da bütün Cənubi Qafqaz regionuna fayda verəcək bir amildir.

Hazırda ABŞ sülh istəyir və ən qısa zamanda onun bağlanmasına tərəfdar kimi görünür. Amma, eyni zamanda İrəvana təsir imkanları demək olar ki, ya yoxdur, ya da imkanları işə salmır. 

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cebhe.info”-ya bildirib ki, ABŞ mütləq Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir:

“Dünən ABŞ dövlət katibi Antoni Blinken NATO-nun Vaşinqtonda keçirilən zirvə görüşündə Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşüb. Bundan əvvəl Antoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn həm Ermənistana, həm də Azərbaycana səfər edib. 

Təbii ki, Vaşinqton Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olunmasında maraqlıdır. Amma əsas problem budur ki, Ermənistanın özü sülhdə maraqlı deyil. Sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasında və qanunvericilik aktlarında dəyişikliklər etməlidir. 

Amma son proseslərdən belə görünür ki, İrəvan bu istiqamətdə bu kimi addımlar atmaq niyyəti yoxdur. 

Eyni zamanda Ermənistan hakimiyyəti Azərbaycanla sərhəd ərazilərin delimitasiya və demarkasiya prosesinin Almatı Bəyannaməsinə uyğun aparılmasını tələb edir. Bu isə qalib dövlət olan Azərbaycan üçün qəbuledilməzdir. 

Ermənistan tərəfi heç bir irrasionallığa sığmayan şərtlər irəli sürür, manipulasiya ilə məşğul olur. Bu isə sülh prosesinə ciddi əngəl yaradır.

Bunun üçün ABŞ Ermənistana öz şərtlərindən əl çəkmək və konstitusiya dəyişikliklərinə getmək üçün təzyiqlər etməlidir”.

Избранный
248
50
cebheinfo.az

10Источники