RU

FutbolUEFA Avropa Liqası: "Zirə" Moldovada "Şerif"ə qalib gəlib - YENİLƏNİB - 4

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Moldovada "Şerif"lə üz-üzə gəlib.

"Report" xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da baş tutan matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 88-ci dəqiqədə David Volkov rəqibin qapısından keçirib.

Qeyd edək ki, "Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

22:51

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" matçında hesab açılıb.

"Report" xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da Bakı klubu hesabda önə çıxıb.

88-ci dəqiqədə David Volkov adını tabloya yazdırıb.

22:09

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da reallaşan oyunda hesab açılmayıb.

Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edir.

21:50

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" matçında ilk yarı yekunlaşıb.

"Report" xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da reallaşan oyunda hesab açılmayıb.

Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edir.

21:00

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif" (Moldova) - "Zirə" matçı start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Tiraspol şəhərindəki "Şerif Arena"da keçirilir.

Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edir.

Избранный
86
7
far.az

10Источники