RU

Millimiz Macarıstana qarşı

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

Sportnet.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunun V turunda "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu xorvatiyalı referi Yelena Pejkoviç idarə edəcək.

Azərbaycan millisi 4 oyundan sonra 4 xalla qrupda dördüncüdür. Eyni xala malik Macarıstan yığması üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.


Избранный
75
28
sportnet.az

10Источники