RU

UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" oyununun biletləri bu gün satışa çıxarılacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində təşkil ediləcək “Sabah”la İsrailin "Makkabi" komandası arasındakı qarşılaşmanın biletlərinin satışına bu gün, saat 19:00-dan etibarən start veriləcək.

"Bayquşlar"ın mətbuat xidmətindən verilən məlumata görə, komandanın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyənlər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

"Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində bilet satışına qarşıdakı günlərdə başlanılması nəzərdə tutulub. Qiymətlər isə yerlərə görə 2-10 manat aralığında dəyişir.

Qeyd edək ki, “Sabah” – "Makkabi" matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Görüşə gecikən tamaşaçılar (1-ci hissə bitəndən sonra) stadiona buraxılmayacaqlar. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qadağandır.

Избранный
119
16
cbcsport.az

10Источники