RU

Bakıya 160 yeni elektrik avtobusu gətiriləcək

COP29 tədbirinə qədər Bakıya 160 yeni elektrikli avtobus gətirilərək istifadəyə ve­riləcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, bu ilin əvvəlində paytaxtda 200 yeni avtobus xəttə buraxılıb, yaxın vaxtlarda isə sərnişinlərin istifadəsinə daha 200 avtobus veriləcək.

Agentlik sədrinin sözlərinə görə, ilin sonunadək paytaxtda, ümumilikdə, 360 yeni avtobusun xəttə buraxılması nəzərdə tutulub. “Bakının avtobus nəq­liyyatı ilə bağlı AYNA yeni şəbəkə hazırlayıb. Bu şəbəkə şəhərin rəqəmsal əkizində simulyasiya edilib. Hazırda şəbəkənin tətbiqinə başlanılıb. İlk beş marşrut artıq istifadəyə verilib. Bunlar şəhərin uzaq məntəqələrini mərkəzlə əlaqələndirən marşrutlardır. Onlar Hövsandan və Mərdəkandan işləyən marş­rutlardır. Bu marşrutlar tədricən qanunvericiliyə müvafiq olaraq müsabiqədən keçirilməklə yenə də istifadəyə veriləcək”,– deyə o, əlavə edib.

Избранный
200
50
xalqqazeti.az

10Источники