"Bu şəhərdə" yumoristik - estrada teatrının üzvü, Əməkdar artist Rafael İsgəndərov saxtakarlıqla üzləşib.
Bizim.Media xəbər verir ki, Rafael "Instagram" hesabında sosial şəbəkələrdə haqqında ölüm xəbəri yayan "fake" səhifəni ifşa edib.
"Bütün narahat olub, zəng edib, maraqlananlara və inanıb rəhmət diləyənlərə təşəkkür edirəm. Mən sağ, salamatam. Şükür Allaha, xalqımızın da sağ və salamat olmasını o tək Allahdan yalvararaq diləyirəm. Amin. Bu xəbəri yayanlar, mənim əziz, doğmalarıma, qohumlarıma, dostlarıma yaşatdığınızı Allah sizinkilərə də yaşatsın. Qarqış deyil, duadır", - deyə Rafael vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта