RU

Gəlin "kişi" çıxdı - Bəy bunu toydan 12 gün sonra bildi: Məndən qaçırdı... - FOTO 

 İndoneziyada dodaq uçuqladan olay baş verib.
 
Bir gənc internet üzərindən tanış olduğu sevgilisi ilə bir müddət sonra görüşmək qərarı verib. O, ilk görüşdəcə "qıza" aşiq olub.

Lakin, sevgilisinin tez-tez ondan üzünü gizlətməsi utancaqlığı ilə əlaqələndirib. Oğlan hətta düşünüb ki, onun bu utancaqlığı sevgisindən dolayıdır.

Cütlük bu minvalla bir müddət sonra evlənmək qərarı verdi. Amma oğlan qarşıda çox qorxunc reallıqla qarşı-qarşıya qalacağından xəbərsiz idi. 

"Qız" sirrinin üstünün açılmaması üçün evliliyə kimi başörtüyü və hətta üzünə tül yaylıq da atırdı.

Bəy evləndikdən sonra da "qadının" üzünü ondan gizlətməyə, cinsi əlaqədən qaçmağa və çölə-bayıra çıxmamağa davam etdiyi bildirib

Vəziyyətdən şübhələnən oğlanın ailəsi apardıqları araşıdrma sonrası "qızın" atasını taparaq onun əslində qadın olmadığının üstünü açdı və başlarına gələni dərhal polisə xəbər verdi.

Məlum oldu ki, oğlanın sosial şəbəkədə tanış olub, evlilik qərarı verdiyi o şəxs kişidir. O isə bunu toydan düz 12 gün sonra bildi.

Polislər tərəfindən artıq saxlanılan şəxs ifadəsində bildirib ki, məqsədinin evləndiyi gəncdən pul qoparmaq olub. Əməlini etiraf edən şəxsə 4 il həbs cəzası istənilib.

Onun qadın olduğuna inanan oğlan isə 12 gün bir otaqda gecələdiyi şəxsin kişi olmadığını bilməməsini belə izah edib:

"Məndən həmişə qaçırdı".  / Titul.az

Избранный
33
3
referans.az

4Источники