RU

Çempionlar Liqasında 8 klub 2-ci raunda yüksəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Bu qarşılaşmalardan sonra 2-ci təsnifat mərhələsinə adlayacaq 8 komanda bəlli olub.

İlk görüşdə darmadağına sevinən “Styaua”, “Panevejis”, “Çelye” və TNS üstünlüyünü qoruyub. “Şemrok Rovers” – “Vikinqur” cütü öz dramatikliyi ilə yadda qalıb. İslandiyada keçirilən ilk qarşılaşmada qapılara qol vurulmayıb. İrlandiyalılar evdə 2:0 önə keçsələr də, “Vikinqur” fərqi minimuma endirə bilib. Komanda əsas vaxta əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən qaçmağa yaxın olub. Amma Hansen 90+8-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

“Balkani” öz meydanında penalti seriyasında uduzaraq, mərhələnin sürprizinə imza atıb. Kosovo çempionu səfərdə qazandığı üstünlüyü qoruya bilməyib. Eyni uğursuzluğu Finalandiya təmsilçisi də yaşayıb. HJK cütün favoriti olsa da, turnirlə vidalaşıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə iyulun 17-də yekun vurulacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
16 iyul

“Balkani” (Kosovo) – “Santa Koloma” (Andorra) 1:2 (penaltilər – 5:6)
İlk oyun – 2:1

HJK (Finlandiya) – “Panevejis” (Litva) 1:1
İlk oyun – 0:3

“Linkoln” (Cəbəllüttariq) – “Hamrun Spartans” (Malta) 0:1 (penaltilər 5:4)
İlk oyun – 1:0

“Pünik” (Ermənistan) – “Dinamo” (Minsk, Belarus) 0:1
İlk oyun – 0:0

“Çelye” (Sloveniya) – “Flora” (Estoniya) 2:1
İlk oyun – 5:0

“Styaua” (Rumıniya) – “Virtus” (San Marino) 4:0
İlk oyun – 7:1

“Deçiç” (Monteneqro) – TNS (Uels) 1:1
İlk oyun – 0:3

“Şemrok Rovers” (İrlandiya) – “Vikinqur” (İslandiya) 2:1
İlk oyun – 0:0

Избранный
97
2
arena.az

3Источники